10 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı, ABBOT şirkətinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək. SİA xəbər verir ki, əyani şəkildə həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda "Azərbaycanda orqan transplantasiyasının təşkilində dünya təcrübəsinin tətbiqi” “Qaraciyər transplantasiyası: təcrübə, çağırışlar və perspektivlər” və “Böyrək transplantasiyası: müasir yanaşmalar və gələcək imkanlar” başlıqlı 3 paneldə Azərbaycan və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 13 məruzə təqdim ediləcək. Konfrans panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Konfrans proqrama uyğun olaraq xüsusilə ümumi cərrah, transplantoloq, ürək-damar cərrahı, uroloq, nefroloq, terapevt və infeksionist ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Proqramı tamamlayan hər bir iştirakçıya 7 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!
Qeydiyyat linki: https://forms.gle/AJ6bt9WmJL96FkbC6
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/orqan-transplantasiyasinda-muasir-dovrun-cagirislari/?fbclid=IwY2xjawG7gvZleHRuA2FlbQIxMAABHdg1p5Hl1JC4UdGCf6cWe_uOUURrbbGUTMg3FUgpujRERBJwcayElyN2HQ_aem_vVfiaO86pPzu0vkqmTTVYA#gsc.tab