Ər-Riyadda niyyət sazişi imzalanıb - FOTO

3 Dekabr 2024 15:07 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib. Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ötən il Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) sədri seçilmiş H.Məmişov Forum çərçivəsində ISSA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşüb. Görüşdə həmin beynəlxalq təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Eyni zamanda, 2012-ci ildə BPSFA ilə ISSA arasında imzalanmış anlaşma memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.

Forumda yeni anlaşma memorandumunun hazırlanması işinin sürətləndirilməsi məqsədilə tərəflər arasında niyyət aazişi imzalanıb.