Hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb

3 Dekabr 2024 14:05 (UTC+04:00)

Sumqayıt şəhərində hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb. SİA-nın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

Yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılan 1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.