Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gəlib. SİA xəbər verir ki, dekabrın 3-də Azərbaycan parlamentariləri Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət ediblər. Dövlət xadiminin xatirəsinə əklil qoyulub. Milli Məclisin komitə sədri Səməd Seyidov fəxri qonaqlar kitabında ürək sözlərini yazıb.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev parkında olub.
Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri üzvlərinin üçtərəfli görüşündə iştirak edəcək.