"O ifaçı ağız dolusu danışsın ki, canlı ifa edə bilir" - MÜĞƏNNİ OD PÜSKÜRDÜ

3 Dekabr 2024 11:30 (UTC+04:00)

Ötən gün efirlərin birində müğənni Mina Hüseyn “Mən bayağı musiqi ilə keyfiyyətli musiqini radio ilə seçə bilirəm. Düşünürəm ki, keyfiyyətli musiqi təqdim edən insanların mahnıları radioda səslənir. Keyfiyyətsiz musiqilər isə radioda səslənmir. Çünki radioda senzura var və orada yalnız A kateqoriyalı insanların musiqiləri səslənir”. Mövzu ilə bağlı SİA-ya müğənni Ofelya Şabanova münasibət bildirib.

O qeyd edib ki, həmin xanım çox yanlış fikirlər söyləyib: “Yəqin hansısa xanım ifaçı ilə küslüküyü olduğundan ona acıq verir. Yenə də burada bir qadın qısqanclığı özünü göstərdi”.

Ofelya Şabanova sözlərinə belə davam edib: “İlk növbədə bu xanımdan soruşmaq gərək "Sən ümumiyyətlə canlı ifa edə bilirsən?"
Əsas bundan danışsın. Gəldik Minanın fikirlərinə. Səndə biz ifaçılar kimi əziyyətlə pul qazansaydın........ Hər kəs yaxşı bilir radioda hansı yollarla mahnılar səsləndirilir. Efirlərdə 4-5 dəfə görünən Üzeyir Mehdizadə, Kəmalə Günəşlini ( Niqulya kimi tanınan) misal gətirim. Mənə maraqlı deyil onlar nə oxuyur, necə oxuyur və necə görünürlər. Nəzər yetirsəniz 4-5 dəfə efirə dəvət ediblər, amma bu ifaçıların ən azı 3 mahnıları trenddən düşmür. Azərbaycan əhalisindən ,hətta qonşu ölkələrin əhalisindən sorğu götürün, hər biri bu ifaçıları yaxşı tanıyır. Amma Minanı neçə nəfər tanıyır? O zaman bunlar nə desin. O ifaçı ağız dolusu danışsın ki, canlı ifa edə bilir”.

Ayşən Vəli