İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

3 Dekabr 2024 11:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumatı yayıb.