FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib

3 Dekabr 2024 08:54 (UTC+04:00)

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.