Gürcüstanda daha bir istefa olub

3 Dekabr 2024 05:06 (UTC+04:00)

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze istefa verib. SİA-nın məlumatına görə, o, bu barədə “X” hesabında paylaşım edib. Bununla da Gürcütanın istefa verən səfirlərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər.