Rusiya, İran, Türkiyə və Qətər Suriya ilə bağlı Dohada görüş keçirə bilər

3 Dekabr 2024 04:28 (UTC+04:00)

Rusiya, İran, Türkiyə və Qətərin yüksək rütbəli nümayəndələrinin görüşü gözlənilir. SİA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində Qətər, İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirilə bilər”, - deyə diplomat qeyd edib.