Türkiyə Suriyadakı hadisələrin gözlənilməz dönüşünü çox diqqətlə izləyir. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Monteneqro lideri Yakov Milatoviçlə birgə mətbuat konfransında bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankara regionda gərginliyin azaldılması üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.
“Biz Suriya xalqının qanuni tələbləri fonunda ərazi bütövlüyünün qorunması və Suriyada 13 ildir davam edən sabitliyin pozulması dövründən çıxış yolu nəzərə alınmaqla razılıq əldə etməyə ümid edirik”, - deyə o bildirib.
Siyasətçi vurğulayıb ki, Ankaranın prioriteti Türkiyənin özünün milli təhlükəsizliyidir. “Biz hadisələrin arzuolunmaz gedişinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”, - deyə Ərdoğan əmin edib.