Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Zəyəm Texnologiyalar Parkı" arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və "Zəyəm Texnologiyalar Parkı" ASC-nin direktoru Elnur İbrahimov imzalayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.
İmzalanma mərasimindən sonra ATU nümayəndələri "Zəyəm Texnologiyalar Parkı" ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.