Minlərlə etirazçı Gürcüstan parlamentinin binası yaxınlığında toplaşıb

2 Dekabr 2024 20:06 (UTC+04:00)

Minlərlə etirazçı Gürcüstan parlamentinin binası yaxınlığında toplaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. Hökumət əleyhinə keçirilən mitinqdə bir neçə min fəal iştirak edir.

Etirazçılar parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.

Onların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları diqqət çəkib.

Parlament binası yaxınlığında gücləndirilmiş polis dəstələrinin növbətçilik etdiyi dəqiqləşir.

Hələlik etirazçılarla polis arasında toqquşma olmayıb.

Əli Babayev