Şeyx Təmim və Pezeşkian arasında telefon danışığı olub

2 Dekabr 2024 19:18 (UTC+04:00)

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl Tani İran prezidenti Məsud Pezeşkian ilə ikitərəfli münasibətləri və regional hadisələri müzakirə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qətər Əmirliyi Şurasının verdiyi açıqlamaya görə, Şeyx Təmim və Pezeşkian arasında telefon danışığı olub.

Görüş zamanı iki ölkə arasında münasibətlər və ortaq maraq doğuran məsələlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bəyanatda görüş barədə ətraflı məlumat verilməyib.