İsrail Müdafiə Qüvvələri Suriyadakı hava limanlarından birinə enmək üzrə olan İran təyyarəsi ilə əlaqə saxlayıb və pilotlara geri dönüb şərqə doğru getmələri barədə göstəriş veriblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Detail” saytı xəbər verir ki, bu təyyarənin Hizbullah üçün silah daşıdığı ehtimal edilir.
Mesajı alandan bir müddət sonra təyyarə istiqamətini dəyişib.
Əli Babayev