AFFA “Göygöl”ün futbolçusunu 3 oyunluq cəzalandırıb

2 Dekabr 2024 15:27 (UTC+04:00)

AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında çıxış edən “Göygöl”ün futbolçusu Elşən Mirzəyevi 3 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Buna futbolçunun X turda baş tutan “Göygöl” – “Şəfa” matçının 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, klub 200 manat cərimələnib.

Qurum həmçinin “Ağdaş” klubunu 150 manat cərimələyib. Buna X turda baş tutan “Ağdaş” - “Qusar” matçında meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi səbəb olub.