Azərbaycan millisi Kiprə məğlub olub

2 Dekabr 2024 15:00 (UTC+04:00)

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Kiprə məğlub olub. SİA-nın məlumatına görə, yığma B Liqasının V qrupunun son matçında 0:3 hesabı ilə uduzub.

Qarşılaşma Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.