Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib. Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.