Nazir Tərtərdə vətəndaş qəbulu keçirəcək

2 Dekabr 2024 14:28 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 20-də Tərtər şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, qəbulda Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şuşa, Xocalı və Xocavənd sakinləri iştirak edə bilərlər.

Həmin şəhər və rayonların sakinləri dekabrın 12-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 2 və 146 - 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_usbölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.