Bakıda və Abşeron yarımadasında dekabrın 2-si saat 13:00-a olan məlumata əsasən dünəndən müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.