Nümayəndə heyəti Türkiyədə 18-ci Milli Konqresdə iştirak ediblər - FOTO

2 Dekabr 2024 13:40 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının perfizioluqu Ülviyyə Mahmudova və Ürək-damar Cərrahiyyəsi şöbəsində rezidentura təhsili alan həkim-rezidentlər 20-24 noyabr 2024-cü il tarixlərində Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısında iştirak ediblər. Bu barədə SİA-ya qurumdan məlumat verilib.