Əminik ki, birlikdə irəliyə doğru hərəkət edə bilərik - Qvineya-Bisau XİN-in rəhbəri

2 Dekabr 2024 13:35 (UTC+04:00)

Biz əminik ki, birlikdə irəliyə doğru hərəkət edə bilər, ölkələrimiz üçün ən yaxşı nailiyyətləri qazanmağı bacararıq. SİA xəbər verir ki, bu sözləri Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereia azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında söyləyib. Azərbaycanda çox yüksək təəssüratlarının yarandığını bildirən nazir qeyd edib: “Hazırda ən vacib məsələ bizim ikitərəfli əməkdaşlığı başlatmaqdır. Bizim ölkə təbii resurslarla zəngindir. Azərbaycanın da bu sahədə öz təcrübəsi var. Sizin təcrübənizlə biz bu sahələrdə inkişafımızı təkmilləşdirmiş olacağıq”.