1,2 milyon litr oğurlanmış neft ələ keçirildi

2 Dekabr 2024 12:28 (UTC+04:00)

Nigeriyada neft qaçaqmalçılarına qarşı əməliyyat keçirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı 1,2 milyon litr oğurlanmış neft ələ keçirilib.

Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Danjuma Jonah Danjuma, ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyatlarını davam etdirdiyini bildirib. Əməliyyatlar zamanı daha 56 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini qeyd edən Dancuma deyib: "1,2 milyon litr oğurlanmış neft ələ keçirildi".

Əməliyyatlar zamanı 17 neft qaçaqmalçısının saxlanıldığı, qaçaqmalçılara məxsus 20 qayığın ələ keçirildiyi bildirilib.