Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb. SİA Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsinin III qrupunda keçiriləcək Türkiyə - Polşa matçında iş başında olacaq.
Qeyd edək ki, oyun dekabrın 17-də, Bakı vaxtı ilə saat 17:00-da Ərzurum şəhərində baş tutacaq.