Tramp Baydenin oğlunu əfv etməsinə belə reaksiya verdi

2 Dekabr 2024 12:11 (UTC+04:00)

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp bəyan edib ki, prezident Co Baydenin vergidən yayınmaqda və silah əldə etməkdə qanun pozuntularında ittiham olunan oğlu Hunter Bayden üçün əfv səlahiyyətindən istifadə etməsi “ədalətdən sui-istifadə və yanlış tətbiqdir". SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp öz paylaşımında “Ədalətdən sui-istifadə ilə bağlı belə olur!” deyib.

Bayden əvvəlki vədinin əksinə olaraq, vergidən yayınmaqda və silah əldə etməkdə qanun pozuntularında ittiham olunan oğlu Hunter Bayden üçün əfv səlahiyyətindən istifadə edib.