Qvineyada futbol matçı zamanı tərəflər arasında baş verən qarşıdurma zamanı izdiham nəticəsində onlarla insan həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Qərbi Afrika ölkəsi Qvineyanın Nzerekore şəhərində yerli futbol komandaları arasında keçirilən oyunda mübahisəli penaltidən sonra münaqişə baş verib.
Azarkeşlər meydançaya enərkən izdiham yaranıb. Qvineya baş naziri Amadou Bah Oury verdiyi açıqlamada izdihamda onlarla insanın həyatını itirdiyini və səlahiyyətlilərin təhlükəsizliyi təmin etmək üçün müdaxilə etdiyini bildirib.
Yerli mənbələrin məlumatına görə, yaralılar arasında uşaqlar da xəstəxanaya aparılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.