"Son iki ildə Qərbi Azərbaycanla bağlı çox böyük işlər görülüb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ictimai dinləmədə deyib.
O bildirib ki, Qərbi Azərbaycan İcması erməni lobbisinin son 200 ildə gördüyü işlərdən də sistemli proses həyata keçirib: "Bu, çox ciddi və fundamental bir uğurdur".