İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla Qəzza zolağında israilli məhbusların azad edilməsini müzakirə etdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp və Sara Netanyahu Floridada şam yeməyində görüşüblər.
Görüşlə bağlı sosial media hesabından açıqlama verən Netanyahu ABŞ və İsrail arasındakı dostluq və əlaqələri müzakirə etdiklərini bildirib. Netanyahu qeyd edib ki, o, Qəzzadakı israilli məhbusların vəziyyətini də gündəmə gətirib və bu məhbusların azad edilməsi üçün təcili tədbirlər görülməli olduğunu Trampa çatdırıb.