Ramin Məmmədov Qubada vətəndaşları qəbul edəcək

2 Dekabr 2024 11:01 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.