İranın XİN rəhbəri Türkiyəyə getdi

2 Dekabr 2024 10:49 (UTC+04:00)

İranın xarici işlər naziri Seyid Abbas Araqçı Türkiyəyə səfərə yollanıb. SİA xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Araqçı Ankarada türkiyəli rəsmilərlə danışıqlar aparacaq.

Danışıqlar zamanı iki ölkə arasında əlaqələr, regional məsələlər, eləcə də Suriyada baş verən son hadisələrin müzakirə ediləcəyi gözlənilir.