Əmtəə bazarlarında qızılın qiyməti enib

2 Dekabr 2024 10:25 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 1,17% azalaraq 2 649,7 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,62% azalaraq 30,61 ABŞ dollarına bərabər olub.