İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqə səfərini davam etdirmək üçün Dəməşqdən Türkiyəyə yola düşüb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, İran XİN rəhbəri Suriyanın ali rəhbərliyi ilə məsləhətləşmələr aparıb. Xatırladaq ki, Suriyada üsyançılarla ordu arasında qarşıdurma beşinci gündür davam edir.
Analitiklərin fikrincə, hökumət qüvvələri 2012-ci ildən bəri ilk dəfə Hələbə nəzarəti itirib. Yaraqlılar Suriya ordusunun silah və texnikasını, o cümlədən Rusiyanın "Pantsir-S1" hava hücumundan müdafiə raket sistemləri və tam sursatı olan "Uraqan" MLRS-nin olduğu ən azı iki hava bazasını ələ keçirib.