İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İrandan gələn təyyarəni Suriya səmasında hava məkanında kursunu dəyişməyə məcbur edib. SİA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Nəşr hadisənin dekabrın 1-nə keçən gecə baş verdiyinə aydınlıq gətirib. Nəşrin mənbələri izah ediblər ki, İsrail tərəfinin İrandan uçan təyyarənin göyərtəsində Livanın“Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş silahların olması ilə bağlı şübhələri var. Təyyarə heyəti tezliklə İsrail hərbçilərinin göstərişlərini yerinə yetirib