Avtomobil işıq dirəyinə çırpılaraq yarıya bölünüb

2 Dekabr 2024 01:08 (UTC+04:00)

...Novosibirskdə "Subaru" markalı avtomobil işıq dirəyinə çırpılaraq iki nəfərin ölümünə səbəb olub.

SİA xəbər verir ki, dəhşətli qəzanın görüntülərini Novosibirsk yol polisi yayıb.

Bildirilir ki, qəza dekabrın 1-də günorta saatlarında Titov küçəsində baş verib. Qəzanın günahkarı 1981-ci il təvəllüdlü, sürücülük vəsiqəsi olmayan, “Subaru” markalı avtomobili idarə edən və Port-Arturskaya küçəsindən Biyskaya küçəsi istiqamətində hərəkət edən sürücüdür.

...Yolda Titova küçəsi 253/1 evlə üzbəüz gedərkən idarəetməni itirdim və maneəyə - işıq dirəyinə çırpıldım. Qəza nəticəsində onun sərnişini, 1992-ci il təvəllüdlü kişi həyatı ilə bir araya sığmayan bədən xəsarətləri alıb, - deyə Novosibirsk Dövlət Avtomobil Müfəttişliyinin yol hərəkəti təhlükəsizliyinin təbliği şöbəsinin rəisi vəzifəsini icra edən Tatyana Zvereva bildirib.

O, əlavə edib ki, sürücünün özü və 1992-ci il təvəllüdlü digər sərnişin xəstəxanaya yerləşdirilib. Sərnişin daha sonra xəstəxanada dünyasını dəyişib.

Hadisə yerində DYP-nin əməkdaşları və əməliyyat-istintaq qrupu işlərini davam etdirir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Nazlı Almuradova