...Bu arada SİA xəbər verir ki, “Russkiy dekadans” teleqram kanalının yazdığına görə, guya indi artıq Putinin “havadakı qalaları” da dağıdılmağa başlanılıb.
Kanalın yazdığına görə, guya “etibarlı dost” Ərdoğan Suriyada onu kürəyindən bıçaqlayıb, “yoldaş Si” Şimali Koreyaya narazılıqla baxmağı bir yana, hələ bir Rusiya bazarlarını da zəbt edə-edə gedir. “Ənənəvi tərəfdaş” Tokayev isə Rusiya Federasiyası ilə rəqabət apararaq Çinə qaz göndərməyi düşünür. Hətta abxazlar da “vəziyyətdən istifadə edib Rusiyaya sillə atırlar”..?
...Amma insafla desək, yalnız Lukaşenko seçkilər öncəsidir deyə özünü çox “nümunəvi” aparır..?
...Deyilənlərə görə, Bu paradoksaldır, lakin sülh dövründə Putin “Xüsusi hərbi Əməliyyat” dövründəkindən daha yaxşı imperiyaya nəzarət edə bilirdi?
Yumşaq güc, iqtisadi rıçaq və digər siyasi texnikaların köməyi ilə Rusiya nəinki dünyanın müxtəlif regionlarında nüfuzunu saxlamışdı, həm də ekspansiyasını genişləndirirdi. İndi isə...digər böyük oyunçular Rusiya Federasiyasının zəifliyindən istifadə edərək “imperiyanın” getdikcə daha böyük hissələrini dişləməyə “ağız atırlar”..?
...Ey gidi dünya?
...Və bir də axı sənə vacib idi “çitrakuda, mitrakuda” deyib müharibəyə...
Yox, yox...bu artıq bizlik deyil.
Əli Babayev