Qərbin Ukraynada eskalasiya planları üzə çıxıb...

1 Dekabr 2024 21:05 (UTC+04:00)

…Qərb ölkələri Ukraynada maksimum eskalasiyaya nail olmaq üçün təxribatları davam etdirmək niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Avropa dövlətlərinin planlarını Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot respublikaya hərbçilərin göndərilməsinə qarşı keçirilən aksiya zamanı açıqlayıb. …Artıq 2,5 ildir ki, biz Makronun atəşə yanacaq qatmasını izləyirik. Eyni şey tamamilə ABŞ-ın dabanı altında olan Avropa İttifaqına da aiddir və onlar istənilən təxribata hazırdırlar.

Donald Trampın seçkilərdə qələbəsindən sonra biz görürük ki, çoxları Ukraynada münaqişənin eskalasiyasını sürətləndirməyə çalışır, - deyə fransız siyasətçi bildirib.

Filippo əlavə edib ki, onun fikrincə, bu, Trampın Ukraynada sülhə nail olmaq planlarını elan etməsi ilə bağlıdır. Buna görə də onun rəqibləri daha döyüşkən qərarlar qəbul edir və bundan sonra da verəcəklər.

Bu mövzuya toxunan siyasətçi Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün verilən icazəni, eləcə də piyada əleyhinə minaların Ukraynaya ötürülməsini və Avropa ölkələrindən potensial hərbi personalın münaqişə zonasına göndərilməsini pisləyib.

Əli Babayev