2024-cü ildə dünya üzrə şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq Üzüm və Şərab Təşkilatının hesabatında yer alır.
Hesabat müəllifləri qeyd edirlər ki, 2024-cü ildə dünyada 235 milyon hektolitr şərab istehsalı gözlənilir ki, bu da 1961-ci ildən sonrakı dövrdə ən pis göstəricidir. Sözügedən ildə dünyada 220 milyon hektolitr şərab istehsal edilmişdi.
Şərab istehsalının 2023-cü illə müqayisədə 2 faiz, onillik dövr üzrə isə 13 faiz azalacağı proqnozlaşdırılır.
Hesabata görə istehsalın azalması əlverişsiz iqlim şərtləri – yazda uzunmüddətli yağışlar və yayda uzun müddət davam edən istilərlə əlaqədardır. Belə iqlim şəraiti zərərvericilərin artması ilə nəticələnir.