ABŞ-də yaşayış binasında partlayış

1 Dekabr 2024 16:49 (UTC+04:00)

ABŞ-nin Missuri ştatının Cefferson Siti şəhərində yaşayış binasında partlayış olub. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, dağıntıları təmizlədikdən sonra yanğınsöndürənlər 6 nəfəri xilas edə biliblər. Onlar xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. İki zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb.

Binanın dağılmasına səbəb olan partlayışın səbəbi müəyyənləşdirilir.