Bu ərazidə qaz təchizatında fasilə yaranacaq

1 Dekabr 2024 11:33 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyi Bakının Nərimanov rayonu sakinlərinə müraciət edib. İstehsalat Birliyindən SİA-ya bildirilib ki, Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə dekabrın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.