Sabirabadda dəm qazından zəhərlənən qadın ölüb

1 Dekabr 2024 04:02 (UTC+04:00)

Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. SİA bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydə alınıb. Yaşadığı evdə dəm qazının təsirinə məruz qalan 1982-ci il təvəllüdlü Pərvanə Əliyeva ölüb.

Faktla bağlı araşdırma aparılır.