...Finlandiyanın Helsinki şəhərində noyabrın 30-da Rusiya ilə sərhədin açılmasına dəstək aksiyası keçirilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bubarədə Yle məlumat yayıb.
Nümayişdə “Azad Hərəkət” təşkilatları, sığınacaq axtaranlara dəstək assosiasiyası, Amnesty İnternational təşkilatının Finlandiya bölməsi və We see you Finland iştirak etdiyi aydınlaşır.
Etirazçılar deyirlər ki, sərhədlərin bağlanması sığınacaq istəyən insanları ciddi təhlükə qarşısında qoyur.
Üstəlik, hökumətin iddiaçılardan təhlükəsizlik təhdidləri irəli sürməsi qaçqınları cinayət hesab edir və struktur irqçiliyi gücləndirir.
Bundan əvvəl Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən Finlandiya parlamentinin üzvü Kimmo Kilyunen Rusiya ilə sərhədin açılmasının zəruri olduğunu dediyi üçün üzr istəməyə məcbur olub.
O, Sosial Demokrat Partiyasının tənqidləri fonunda bu addımı atmalı olub.
Ölkələr arasındakı sərhəd Finlandiya hakimiyyətinin qərarı ilə növbəti xəbərdarlıq edilənə qədər bağlıdır.
Finlandiya üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını fonunda 2023-cü ilin noyabrından sərhəd keçidlərində məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Əli Babayev