Rusiyalı həkimlər mürəkkəb əməliyyat keçiriblər...

30 Noyabr 2024 21:37 (UTC+04:00)

...Hamiləlik dövründə xəstə qadın döşündə bir şiş görüb və sonradan bu şişin bədxassəli olduğu üzə çıxıb.

..Şiş götürdükdən sonra qadın müalicə kursu keçib, lakin tezliklə məlum olub ki, xərçəng onurğanın boyun nahiyəsinə metastaz verib.

Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunun həkimləri ananı əməliyyat ediblər.

Boylu qadın dölə zərər verməmək üçün kimyaterapiyadan imtina edib və yalnız doğuşdan sonra müalicəsini davam etdirib.

SİA-nın məlumatına görə, bu barədə tibb müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

Pasiyent bildirib ki, hamiləliyin yeddinci ayında döşündə şiş görüb, sonradan bu şiş hormona bağlı karsinomaya çevrilib. Doğuşdan və şişin çıxarılmasından sonra o, müalicə kursu keçib, lakin tezliklə məlum olub ki, xərçəng onurğanın boyun nahiyəsinə metastaz verib. Tibb mütəxəssisləri diaqnoz apararaq çoxmərhələli əməliyyat keçirməyə qərar veriblər.

...Cərrah Anton Kordonskinin sözlərinə görə, ilk mərhələdə xəstənin boyun fəqərəsindən şiş çıxarılıb, sonra arxa strukturları ilə birlikdə fəqərənin özü də çıxarılıb və bu səviyyə sabitlənib.

Mütəxəssislər qadını üçüncü mərhələyə hazırlayıblar, sonradan şişi döş fəqərə orqanından çıxarmaq üçün döş nahiyəsinin səviyyəsini təyin ediblər.

Üçüncü mərhələdə neyrocərrahlar təsirlənmiş fəqərəni çıxarıb, sümük grefti quraşdırıblar. Çoxmərhələli mürəkkəb əməliyyatdan sonra qadın sağalıb və artıq evə, ailəsinin yanına qayıdıb.

...Rusiyalı həkimlər oturaq vəziyyətdə nə qədər vaxt keçirməyin təhlükəli olduğunu açıqlayıblar.

Əli Babayev