İraqın şimalındakı Zapda terrorçulara məxsus çox sayda silah, sursat və texnika ələ keçirilib.
SİA türk saytlarına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda yazılıb: “İraqın şimalındakı Zapda qıfılı bağlayan qəhrəman türk əsgərləri Pəncə-Kilid əməliyyatı bölgəsində axtarış və darama fəaliyyətlərini davam etdirib. Terrorçuların yuvasına daxil olan komandolarımız çox sayda silah, sursat və texnika ələ keçirərək onları yararsız hala salıblar”.