Zelenski: ""F-16"-larımız azdır, lakin onlar çox şey ediblər..."

30 Noyabr 2024 22:14 (UTC+04:00)

...Ukrayna “F-16” qırıcıları son hücumlardan birində Rusiyanın daha 7 qanadlı raketini məhv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “SkyNews”-a müsahibəsində danışıb.

...Bu gün Ukraynada “F-16”-lar necə hazırlanır? Möhtəşəm, qeyri-adi. “F-16”-larımız azdır, lakin onlar artıq çox şey ediblər – cəmi iki gecə əvvəl yeddi qanadlı raketi məhv ediblər. Raketlər bizim infrastrukturumuza yönəlmişdi.

Bunu Vladimir Zelenski bildirib.

Zelenski “F-16”-ların Ukraynaya təhvil verilməsinin NATO-nu müharibəyə sürükləyəcəyi ilə bağlı qorxularını xatırladıb: ...“HİMARS ilə də eyni idi, sonra “F-16” ilə - qərar verildi, amma çox gec”.

Əli Babayev