...Nəqliyyat nazirinin keçmiş müavini Aleksey Semenov xüsusilə böyük miqyasda dələduzluqla bağlı həbs edilib.
SİA RİA Novosti-yə istinadən bildirir ki, müvafiq qərarı Moskvanın Doroqomilovski Məhkəməsi qəbul edib.
Semenovun barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir.
Məhkəmə eks-nazir müavinini iki ay müddətinə istintaq təcridxanasına göndərib.
Agentliyin məlumatına görə, keçmiş məmuru 10 ilədək həbs cəzası gözləyə bilər.
Qeyd edək ki, noyabrda energetika nazirinin keçmiş müavini Anatoli Yanovskinin həbs müddəti uzadılıb. O, gəlir gətirməyən kömür mədənlərinin ləğvi zamanı 175 milyon rubl dələduzluqda şübhəli bilinir.
Əli Babayev