Duq Bendou: “Qərb birbaşa Rusiyaya qarşı müharibə aparır...”

1 Dekabr 2024 00:16 (UTC+04:00)

Kato İnstitutunun baş elmi işçisi və ABŞ prezidenti Donald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bendou “The American Conservative” jurnalında yazdığı məqalədə Qərb ölkələrinin əslində Rusiyaya qarşı müharibə apardığını yazıb. ...Eyni zamanda onlar elə düşünürlər ki, Moskva onların Kiyevə dəstək aksiyalarına cavab verməyəcək?..

Müəllif vurğulayır ki, Moskvanın Qərbin təhdid və təhqirlərinə dözəcəyinə inanmaq düzgün deyil. O, hesab edir ki, Ukraynanın müttəfiqlərindən gələn təhlükə Rusiya sənayesinin və hərbi texnologiyasının inkişafına kömək edir, bunu “Oreşnik” raketinin inkişafı sübut edir..?

Bendou etiraf edir ki, Moskva Qərbin sanksiyalarına baxmayaraq, yenilik və nailiyyətlər nümayiş etdirir.

...Bu yaxınlarda “The New York Times” ABŞ prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Amerika raketlərindən istifadə etməyə icazə verdiyini yazıb. Putin bildirib ki, noyabrın 19-da Ukrayna Amerika raketlərindən istifadə etməklə Kursk və Bryansk vilayətlərinə hücum edib. Müdafiə Nazirliyi bu zərbəyə münasibət bildirib.

Buna cavab olaraq Rusiya Dnepropetrovskda Ukraynanın hərbi-sənaye kompleksi obyektini vurub və ən son “Oreşnik” raket kompleksini sınaqdan keçirib.

Putin həmçinin qeyd edib ki, ölkədə bir neçə oxşar sistem sınaqdan keçirilir.

...Onlar yazıblar ki, Zelenski rus “Oreşnik”inə görə Qərbdən yeni hava hücumundan müdafiə istəyib.

Əli Babayev