Bakıda "Porsche" qəzaya düşüb, yanğın olub

30 Noyabr 2024 16:04 (UTC+04:00)

Bakıda iki avtomobil toqquşub. SİA xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda "Porsche" və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.