Azərbaycan–İsveç matçı qazaxıstanlı hakimlərə tapşırılıb

30 Noyabr 2024 14:42 (UTC+04:00)

Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb. SİA xəbər verir ki, matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.

Görüşün referiləri Aslan Qalayev, Turekhan Tursumbayev və Nurlybek Kalimaganbetov olacaqlar.

Qeyd edək ki, Bakı İdman Sarayında dekabrın 17-də oynanılacaq Azərbaycan – İsveç qarşılaşması saat 20:00-da start götürəcək.