Sumqayıtda 23 yaşlı şəxs dəm qazından boğulub

30 Noyabr 2024 11:41 (UTC+04:00)

Sumqayıtda 23 yaşlı şəxs dəm qazından boğularaq ölüb. SİA məlumat verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) dəm qazından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.