Böyük Britaniyanın Baş naziri Kir Starmer “Brexit”dən sonra ilk dəfə Avropa İttifaqı (Aİ) liderlərinin görüşünə dəvət olunub. SİA “The Times” qəzetinə istinadla xəbər verir ki, toplantı 3 fevralda Belçikada keçiriləcək və Aİ liderləri Avropanın təhlükəsizliyi mövzusunda qeyri-rəsmi müzakirələr aparacaqlar. Baş nazir 27 üzv dövlətin liderləri ilə birlikdə Avropa İttifaqı Şurasının yeni prezidenti Antonio Kosta tərəfindən təşkil edilən naharda iştirak edəcək.
Bu, 2020-ci ildə Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra bir britaniyalı baş nazirin ilk dəfə belə bir toplantıya dəvət olunmasıdır. Bu dəvət Britaniyanın Aİ ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.