Tiflisdəki mitinqdə son vəziyyət - YENİLƏNİB

30 Noyabr 2024 02:03 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tiflisdə parlament binası yaxınlığında nümayişçilər hüquq-mühafizə orqanlarının işçilərinə boya butulkaları və pirotexniki vasitələr atıblar. SİA xəbər verir ki, bundan sonra təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Gürcüstan DİN-in yaydığı bəyanatda aksiyanın qanundan kənara çıxdığı və nümayişçilərin infrastruktura ziyan vurduğu bildirilib. Aksiya iştirakçıları oturacaqlar və zibil qutularından barrikadalar düzəldiblər. Buna baxmayaraq, parlament binasının qarşısı və ətrafı etirazçılardan tam təmizlənib. Qeyd edək ki, aksiyada xəsarət alanların və saxlanıların sayı ilə bağlı məlumat verilməyib.